Xocalı soyqırımının il dönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Ağstafa rayonunda Xocalı soyqırımının iyirimi beşinci ildönümünün qeyd olunmasına dair rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin müvafiq sərəncamı ilə tədbirlər planı təsdiq olunmuşdur.
Tədbirlər planı çərçivəsində bu gün Ağstafa Rayon Mərkəzi Xəstəxanasında soyqırım qurbanlarının anım tədbiri keçirilmişdir. Tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi . Tədbirdə giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova çıxış edərək 1992-ci ilin soyuq qış günündə 366-cı rus alayının köməyi ilə erməni faşistlərinin törətdikləri soyqırım haqqında geniş danışdı .
Sonra Ağstafa Rayon Mərkəzi Xəstəxananın baş həkimi İlham Mustafayev öz çıxışında Azərbaycan xalqına qarşı törədilmiş qanlı hadisədə silahsız və köməksiz uşaqlara, qadınlara və qocalara qaşı amansız divan tutulduğunu qeyd etdi. Digər çıxış edənlər RİH Başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şahhüseyn Qurbanov, Baş həkimin müalicə işləri üzrə müavini Fatma Vəliyeva və konsultativ poliklinikanın müdiri Həcər Namazova baş verən hadisələri təkcə Azərbaycan xalqına deyil bütün bəşəriyyətə qarşı yönəldilmiş, insanlığa sığmayan faciə olduğunu tədbir iştiakçılarının nəzərinə çatdırdılar.