Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 25-ci il dönümü qeyd olundu

22 fevral 2017 | 11:00

Bu gün Ağstafa rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar ümumrayon  tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq  bildirdi ki,  25 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə belə amansız cinayətə rəvac vermiş erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etmişlər. Bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bir çox faciələrimiz kimi, Xocalı faciəsinə  də siyasi-hüquqi qiymətin verilməsi mümkün olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmiş, sənəddə hadisənin baş vermə səbəbləri və günahkarlar təfsilatı ilə açıqlanmışdır. Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm  cənab Prezident İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Faciənin 25-ci ildönümü münasibətilə cənab Prezident İlham Əliyev xüsusi sərəncam imzalayıb. İnsanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin bu günə qədər yürütdüyü daxili və xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən milli həqiqətlərin ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində geniş işlər aparılmışdır.
Daha sonra rayon Mədəniyyət Mərkəzinin səhnəsində Qazax Dram Teatrının təqdimatında yazıçı-dramaturq Hüseynbala Mirəlimovun eyni adlı pyesi əsasında “Xəcalət” tamaşası nümayiş etdirildi.

Keçidlər