Ağstafa şəhəri 20 yanvar küçəsində səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa
şəhəri 20 yanvar küçəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-
mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman
Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son
zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış
quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı
danışdı.
Sonra çıxışlar oldu.
1. Elşad Əliyev 20 yanvar küçəsinə asfalt örtüyünün salınması və müasir tipli elektrik
dayaqlarının quraşdırılmasını xahiş etdi.
2. Nurəddin Hüseynov rayon mərkəzindəki dəmiryolu və 110/35/10 kv
yarımstansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin şəhərin kənarına
çıxarılmasının təhlükəsizlik baxımından vacib olduğunu qeyd etdi.
3. Məleykə Abdullayeva şəhərin mərkəzi küçələrinə əhalinin ümumi istifadəsində olan
içməli su krantlarının quraşdırılmasını təklif etdi.
4. Elşən Mustafayev iş yerlərinin açılmasının vacıbliyindən danışdı.
5. Tamella Hüseynova yaşadığı həyətyanı sahənin qarşısında abonent quyusunun
qoyulmasını xahiş etdi.
6. Vidadi Tağıyev 20 yanvar küçəsinin əsas hərəkət hissəsinə maneə törədən ağac
budaqlarının kəsilməsinə ehtiyac olduğunu vurğuladı.
7. Abdulla Abdullayev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması
məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
8. Məlahət Yusifova küçədə toplanan məişət tullantılarının vaxtında yığılaraq
daşınmasının təmin edilməsi barədə danışdı.
9. Sahib Məmmədov Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni
kitabxana binasının inşa edilməsini təklif etdi.
10. Afət Bayramova 20 yanvar küçəsinə içməli suyun verilmə müddətinin artırılmasını
xahiş etdi.
11. Əli Şahverdiyev əhalinin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün küçənin hər iki
tərəfində səkilərin düzəldilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda
möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı
ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra
Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində
həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması
üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə
olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa
məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa
şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində
kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla
təmin olunacaq binaların tikintisi sürətlə davam etdirilir, M.Ə.Rəsulzadə və R.Alıcanov
küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Şəhərin
Ü.Hacıbəyov küçəsinə asfalt örtüyünün salınması tam başa çatdırılmışdır. Hazırda
şəhərin Səməd Vurğun və 20 yanvar küçələrində abadlıq işlərinə başlanılmışdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün
müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.