Şriftin ölçüsü :

Saytın rəngi :

Bilik Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü qeyd olundu

24 fevral 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun  təşkilatçılığı  ilə Ağstafa şəhər 1 №-li tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə məktəbin əməkdar müəllimi İndira Səmədova açaraq Xocalı soyqırımını  bütövlükdə azərbaycanlılara, bəşəriyyətə, insanlıq əleyhinə törədilmiş qəddar cinayət  olmasını və bu cinayəti heç vaxt unutmayacaqlarını  bildirdi.  Daha sonra Bilik Fondunun  Ağstafa rayon üzrə nümayəndəsi Leyla İsayeva Xocalı Soyqırımının tarixi və siyasi motivləri haqqında iştirakçılara məlumat verib, ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıtmasından sonra bu qanlı faciəyə ilk dəfə olaraq  hüquqi-siyasi  qiymət verildiyini, 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamentinin fevralın 26-nı Xocalı soyqırımı  günü kimi qəbul etdiyini bildirdi.
Tədbir  məktəblilərin təqdimatında ədəbi-bədii kompazisiya ilə davam etdirildi.

Keçidlər