Xocalı soyqırımının il dönümü bir dəqiqəlik sükutla yad edildi.
26 fevral 2017 | 11:00
26 fevral 2017-ci il tarixdə Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
O cümlədən Ağstafa şəhərinin küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, Azərbaycanın dövlət bayraqları endirilib.