Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsinin sədri bölgə sakinlərini qəbul edəcək.

28 fevral 2017 | 11:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev martın 2-də saat 10:00-da Ağstafa rayonu Heydər Əliyev Mərkəzində (Hüseyn Arif küç. 1) bölgə sakinlərini qəbul edəcək qəbul zamanı bölgədə yerləşən-Ağstafa, Tovuz, Qazax, Gədəbəy rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 1-i saat 10:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Keçidlər