Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada çoxmənzilli yaşayış binalarının təmiri davam etdirilir

01 mart 2017 | 11:00

“Ağstafa rayonunun sosial-iqtisadi inkişafı (2014-2018-ci illər) Proqramına uyğun olaraq  Ağstafa şəhərində çoxmənzilli yaşayış binalarının təmir işləri sahəsində tədbirlər davam etdirilir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri C.Cabbarlı küçəsində yerləşən 19 saylı çoxmənzilli yaşayış binasının sakinləri ilə görüşdü. Binaya və onun ətrafına baxış keçirdi. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, başçının müavinləri və aparatının şöbə müdirləri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edirdilər.
Sakinlərlə görüşdə İcra başçısı qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Ağstafada olan bütün çoxmənzilli yaşayış binalarının dam örtükləri, qapı və pəncərələri dəyişdirilir, blok girişlərinin və pilləkən qəfəsləri təmir edilir, orada yaşayan sakinlərin kommunal şəraitlərinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Binaların ətrafı abadlaşdırılır, işıqlandırılma sistemi yenilənir, sakinlərin normal istirahət etmələri üçün müvafiq guşələr yaradılır. Bu istiqamətdə görülən işlər daim diqqət mərkəzində saxlanılır və bundan sonra da sürətlə davam etdiriləcəkdir.
Görüşdə cənab Məhərrəm Quliyev müraciət edən sakinlərin təkliflərini qəbul etdi, onların istəklərinin həll olunması barədə aidiyyəti üzrə tapşırıqlarını verdi.

Keçidlər