Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və radikal dini cərayanlara qarşı mübarizənin gücləndirilməsi mövzusunda növbəti tədbir

03 mart 2017 | 11:00

Ağstafa şəhər 1 saylı tam orta məktəbin akt zalında  Narkomaniya və radikal dini cərəyanlara qarşı mübarizənin gücləndirilməsi mövzusunda tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının, rayon Polis şöbəsinin, rayon Təhsil şöbəsinin, Gənclər və İdman idarəsinin məsul işçiləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Başçının müavini- İctimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova acaraq RİH başçısının sərəncamına müvafiq olaraq narkomaniya və radikal dini cərayanlara qarşı mübarizənin güçləndirilməsi sahəsində keçirilmiş tədbirlər barədə məlumat verdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin ölkədə ardıcıl və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazası beynəlxalq normalara uyğunlaşdırılmış, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit edilmiş, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarət gücləndirilmiş, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş və mükəmməl dövlət-din münasibətləri sistemi formalaşmışdır. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, böyük tarixə malik dini məbədlərimizin bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunmuşdur. L.Eyyubova daha sonra bildirdi ki, narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir.
Rayon Polis Şöbəsinin rəis müavini Zəfər Zeynalov çıxış edərək narkomaniyaya qarşı rayon Polis Şöbəsi tərəfindən görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə deniş məruzə ilə çıxış etdi.
         Daha sonta rayon Təhsil Şöbəsinin müdiri Kamran Abbasov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Turan Hüseynov, Əməkdar müəllim İndira Səmədova, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyev və digərləri çıxış edərək narkomaniya və radikal dini cərayanlara qarşı mübarizənin güçləndirilməsi istiqamətində hər bir vətəndaşın mübarizə aparmalı və bunun gələcəyimiz üçün  təhlükəli olduğunu bildirdilər.

Keçidlər