5 mart “Bədən tərbiyəsi və İdman günü” qeyd olundu
Bu gün Ağstafa rayon Gənclər Mərkəzində ölkəmizdə "5 mart Bədən tərbiyəsi və İdman günü"nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə rayonun Gənclər və İdman idarəsinin, rayon Təhsil şöbəsinin məhsul işçiləri, Uşaq Gənclər idman məktəbinin və bu sahənin inkişafında seçilmiş orta məktəb müəllimləri, eləcə də rayonun fəal, yüksək nailiyyətlər əldə etmiş yeniyetmə və gəncləri iştirak edirdi. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin Abidə kompleksini ziyarət etdilər, önünə gül dəstələri düzərək ümummilli liderin əziz xatirəsini böyük ehtiramla yad etdilər. Rayonun Gənclər Mərkəzinin foyesində Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Gənclər və idman idarəsinin rəisi Feyruz Həsənov çıxış edərək qeyd etdi ki, bu gün Ümummilli lider Heydər Əliyevin Gənclər və İdman siyasəti cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Məhz elə bayram günü kimi qeyd etdiyimiz bu gün də ölkədə idmanın inkişaf etdirilməsinə daha böyük təkan edilməsi üçün cənab Prezidentin 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamı ilə təsdiq olunmuşdur. Tədbirdə çıxış edən digər natiqlər bu günün əhəmiyyəti barədə geniş çıxış etdilər. Tədbirdə ötən dövr ərzində idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup yeniyetmə və veteran idmançılar Ağstafa rayon Gənclər və İdman idarəsinin təsis etdiyi “Fəxri Fərman” və qiymətli hədiyyələrlə təltif olundular.