Şriftin ölçüsü :

Saytın rəngi :

Köçəsgər kəndində növbəti görüş.

04 mart 2017 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Köçəsgər kəndində növbəti dəfə kənd sakinləri ilə görüşdü. Kənd 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə başçısının müavinləri və aparatının şöbə müdirləri rayonun hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və təşkilatlarının  rəhbərləri iştirak edirdi.
       Tədbiri İcra başçısı giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanda aparılan quruculuq işləri dinamik inkişafla davam etdirilir. 13 km uzunluğunda Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulması ölkə rəhbərliyinin Ağstafa və Ağstafalılara olan diqqət və qayğısının növbəti bariz nümunəsidir. Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki,  son vaxtlarda Köçəsgər kəndinin kənd arası  avtomobil yolları, 1 və 2 saylı tam orta məktəblərə gedən yollar təmir edilmiş, ərazidə 21 ədəd yararsız elektrik dayaqları yenisi ilə əvəz edilmiş, əhalini içməli su ilə təmin edən su borusunun 100 metr hissəsi yenilənmiş, inzibati idarə binasında əsaslı təmir işləri aparılmış,  kənd 2 saylı tam orta məktəbin və  kənd 2 saylı körpələr evi uşaq bağçasının ərazisi metal torla  hasara alınmış, 1 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir. Görüşdə iştirak edən kənd sakinləri kəndin içməli su təminatının yaxşılaşdırılmasını 1 saylı  kənd tam orta məktəbin yaxınlığında 1 ədəd yeni subartezian quyusunun qazılmasını, yeni salınmış yaşayış məhəlləsinə təbii qaz xəttinin çəkilməsini, mərkəzi avtomobil yolundan kəndin mərkəzi küçəsinə asfalt örtüyünün salınması kimi təkliflərlə çıxış etdilər. Həmçinin Ağstafa-Köçəsgər avtomobil yolunun yenidən qurulmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər. Sakinlərin istək və təklifləri qəbul olundu məsələlərin öz həllini tapması istiqamətində yerində aidiyyəti üzrə tapşırıqlar verildi.

 

Keçidlər