Ağstafada Bədən tərbiyəsi və İdman günü qeyd olundu
5 mart Bədən tərbiyəsi və İdman günü münasibəti ilə Ağstafa rayonunda silsilə tədbirlər keçirilir. Bu gün rayonun Köçəsgər kəndi 1 saylı tam orta məktəbin idman zalında yeniyetmə və gənclər arasında Karate-do idman növü üzrə açıq Ağstafa rayon birinciliyi keçirilir. 2 gün dava edəcək birincilikdə Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Ağstafa, Tovuz və Qazax rayonlarından 6 komanda olmaqla ümumilikdə 80 nəfər idmançı yüksək yerlər uğrunda mübarizə aparırlar.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev birinciliyin ilk açılış günündə iştirak etmişdir. Öz çıxışında O, ilk növbədə bu gün münasibəti ilə idmançıları təbrik etdi, onların hər birinə uğurlar arzuladı. Bədən tərbiyəsi və İdman gününün əhəmiyyətindən geniş bəhs etdi. Sonra İcra başçısı birincilikdə iştirak edən idmançıların mübarizələrini izlədi. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda yüksək yerləri əldə edən idmançılara “Fəxri Fərman” və müxtəlif həvəsləndirici hədiyyələr təqdim etdi.
Birinciliyə sabah yekun vurulacaqdır.
.