Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa məktəbliləri “Qələbəyə doğru” intellektual yarışmasının seçim turunun qalib oldular

13 mart 2017 | 11:00

Görkəmli oftalmoloq-alim, akademik  Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  hər il  keçirilən “Qələbəyə doğru” intellektual yarışmasının regional seçim turları keçirilir.  Tovuz  şəhər Tusi adına məktəb - liseydə  6 komanda - Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən komandalarının iştirakı ilə keçirilən yarışda  ən çox düzgün cavab verən Ağstafa komandası birinci yerə layiq görülüb. Yarış 2 hissədən ibarət olub. Birinci hissədə 13, ikinci hissədə 12 sual səsləndirilib. Qalib komanda üzvlərinə diplomlar  təqdim edilib və aprel ayında keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

Keçidlər