Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa-Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları yenidən qurulur

15 mart 2017 | 11:00

İqtisadi inkişafın başlıca şərtlərindən biri də müasir yol infra¬strukturunun yaradılmasıdır. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt ölkəmizdə, eləcə də rayonumuzda yol-nəqliyyat kompleksinin yeniləşməsinə və beynəlxalq standartlara uyğunlaşdırılmasına öz töhfəsini verib. Elə buna görədir ki, rayonun  hansı səmtinə üz tutsaq, rahat və abad yollar hər kəsi mənzil başınadək müşayiət edəcəkdir. Son illərdə bu sahədə görülən işlər, xüsusilə magistral avtomobil yollarının yenidən qurulması Ağstafanın  tranzit imkanlarını xeyli artırıb. Rayonda  magistral avtomobil yolları ilə yanaşı, kənd yollarının yenidən qurulması da diqqət mərkəzindədir.  Belə ki, son illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq   uzunluğu 7,5 km olan Poylu-Xətai-Yenigün-Aşağı Göycəli,  rayon mərkəzini Ağstafaçay çayının sol sahili ilə 8 yaşayış məntəqəsi və Qazax rayonunu ilə əlaqələndirən  Poylu-Düzqışlaq-Kolayır avtomobil yolları və 60 km uzunluğunda Ağstafa-Poylu-Gürcüstan dövlət sərhəd avtomobil yolu tamami ilə yenidən qurularaq əhalinin istifadəsinə verilmişdir. Eləcə də Ağstafa şəhərində ümumilikdə 30 km yol yenidən qurulmuş və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafa ilə bağlı növbəti  sərəncamı ilə 2017-ci ilin cari ayında Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 13 km olan Ağstafa – Köçəsgər avtomobil yolunun tikintisinə də başlanılmışdır. Həmin kəndləri Qırılı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 km olan Eynallı- Qırılı yolunun da tikintisi həmin layihəyə daxil edilmişdir. Hazırda bu yollarda tikinti-quruculuq işləri sürətlə davam etdirilir və yaxın zamanda sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Aprel ayında da növbəti kəndlərin Qaçaq Kərəm Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə əlaqələndirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan dairəvi avtomobil yolunun yenidən tikintisinə başlanacaqdır.

Keçidlər