Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının akt zalında keçirilən iclasda rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, başçının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Şuranın müazkirəsinə çıxarılan məsələlər barəsində məlumat verən cənab Məhərrəm Quliyev ilk öncə rayon ictimaiyyətini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etdi. Rayon sakinlərinə xidmət göstərən sahələrin rəhbərlərinə bayram günlərində daha diqqət və səylə fəaliyyət göstərmələrini, rayonda asayışın qorunmasının ən yüksək səviyyəyə çatdırılması kimi tapşırıqlarını verdi. İcra başçısı son dövrdə ölkəmizdə baş verən mühüm hadisələr və həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat verərək qeyd etdi ki, son illər ölkə həyatının bütün sahələrində reallaşdırılan məqsədyönlü tədbirlər öz uğurlu nəticələrini verib. İqtisadiyyatın müxtəlif sahələrində olan yeniliklər ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edir. Aztəminatlı ailələrin istehlak etdiyi qaz və işıq haqlarının aşağı tariflə ödənilməsi təmin edilmiş, vətəndaş müraciətlərinin baxılması sahəsində ciddi intizam yaradılmışdır. Qeyd edildi ki, ölkəmizdə əldə olunan ictimai-siyasi sabitliyin qorunması və sakinlərin problemlərinə daha həssas yanaşılıması hər bir dövlət orqanının rəhbərindən tələb olunan əsas şərtdir.
Şurada müzakirəyə çaxarılmış məsələlərə dair İcra hakimiyyəti başçısının müavini Aydın Hacıyev magistral və daxili yolların kənarlarına ağac tunglərinin əkilməsi, rayon daxilində yeni yaşıllıqların salınması və rayonda ekoloji problemlərin həlli istiqamətində görülən tədbirlər haqqında, Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev rayonda tikinti, quruculuq və abadlıq işlərinin milli memarlıq ənənələri və müasir tələblərə uyğun təşkili, qanunsuz tikililərin qarşısının alınması, tikinti normaları və şəhərsalma qaydalarına əməl olunmasının təmin edilməsi haqqında geniş məruzələrlə çıxış etdilər.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin Ağstafa rayonunda icra vəziyyəti barədə ətraflı məlumat verildi.
Müzakirə olunan məsələlərlə bağlı aidiyyatı təşkilat rəhbərlərinin arayışı dinlənildi.
Tədbir işgüzar şəraitdə keçdi.