Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolu yenidən qurulacaq
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafa rayonunda abadlıq, quruculuq, yenidənqurma işləri, irimiqyaslı sosial infrastruktur layihələrin icrası uğurla davam etdirilir. Rayonda yeni sənaye müəssisələri, taxıl və un məmulatları kombinatı, yeni mebel istehsalı sahəsi, xalçaçılıq fabriki tikilir, 4 yeni körpü inşa olunur, Ağstafa-Köçəsgər və Eynallı-Qırılı avtomobil yolları yenidən qurulur.
2017-ci ilin aprel ayından etibarən, uzun müddət təmirsiz qalmış 13 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan avtomobil yolunun yenidən tikintisinə başlanacaqdır. Həmin avtomobil yolu 6 yaşayış məntəqəsini Ağstafa şəhəri və Ağstafa-Sadıqlı dövlət sərhəd avtomobil yolu ilə əlaqələndirir.