Ağstafa şəhərinin növbəti yenidən qurulacaq küçələrinə baxış keçirildi
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonda abadlıq, yenidənqurma və təmir-tikinti işləri uğurla davam etdirilir. O cümlədən rayonun inkişaf planına uyğun olaraq şəhər küçələrinin yenidənqurulması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev növbəti yenidən qurulacaq Cəfər Cabbarlı, Qaçaq Kərəm və İbrahim Rəhimov küçələrinə baxış keçirdi, təmir-tikinti işləri ilə bağlı konkret tapşırıqlarını verdi. Küçələrə salınacaq yeni asfalt örtüyü ilə yanaşı, elektrik, rabitə kommunikasiya xətlərinin yenilənməsi, müasir işıq dirəklərinin quraşdırılması, küçələr boyu sakinlərin piyada hərəkət etmələri üçün rahat və təhlükəsiz səkilərin düzəldilməsi kimi tapşırıqlarını verdi. Küçələrdə yaşayan bəzi şəhər sakinləri ilə ünsiyyətdə, sakinlər görülən işləri yüksək qiymətləndirdiklərini bildirdilər, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyiniə minnətdarlıqlarını ifadə etdilər.