Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafalılar “Asan Qatar” xidmətindən yüksək səviyyədə bəhrələnirlər

29 mart 2017 | 11:00

28 mart 2017-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin  "ASAN xidmət" Mərkəzinin “ASAN Qatar” xidmətinin qatarı rayonun dəmiryolu vağzalının birinci yolunda  ağstafalıların xidmətindədir.
Bu gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə “Asan Qatar” xidmətində oldu. Ən yüksək səviyyədə avadanlıq və personalla təchiz edilmiş qatarın vaqonlarında göstərilən xidmətlərlə yaxından tanış oldu. İcra başçısı “Asan Qatar” xidmətindən yararlanmaqda olan sakinlərlə ünsiyyətdə qeyd etdi ki, bu xidmət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlarımıza olan yüksək diqqət və qayğısının bariz nümunələrindən biridir. “Asan xidmət” layihəsini tək ölkəmiz yox, bütün dünya rəğbətlə qarşıladı.  Ən inkişaf etmiş ölkələr belə bu təcrübədən istifadə etməyə başlamışlar. Öz novbəsində sakinlər onlara göstərilən yüksək xidmətdən böyük məmnunluqlarını və bu cür şəraitin yaradılması üçün ölkə rəhbərliyinə dərin  minnətdarlıqlarını ifadə etdilər. Xidmətin məsul əməkdaşları  həmçinin bildirdilər ki, 03 aprel 2017-ci il tarixdən başlayaraq dörd gün ərzində  Türkiyədən gələcək professor  həkimlər  ağstafalıları pulsuz  tibbi müayinə edəcəklər  və bununla əlaqədar  artıq beş min sakinin mobil telefonuna  bildiriş  mesajları  göndərilmişdir.
“Asan Qatar” xidməti  Ağstafada 11 aprel 2017-ci il tarixədək fəaliyyət göstərəckdir.

Keçidlər