Ağstafa şəhərində sakinlərlə növbəti görüş
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhərinin mərkəzində sakinlərlə görüşdü. Növbəti belə görüş rayonun dəmiryol vağzalının ətrafında keçirildi. Sakinlərlə ünsiyyətdə onları narahat edən məsələlərlə maraqlanan İcra başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından və ölkə rəhbərliyinin müvafiq tapşırıqları əsasında son illər rayonumuzda həyata keçirilən irimiqyaslı sosial infrastruktrur layihələrdən, abadlıq, əsaslı yenidənqurma işlərindən geniş söz açdı. Qeyd olundu ki, yenidən qurulmuş və tikintisi davam etdirilən avtomobil yolları, körpülər, yeni inşa olunmuş və ya əsaslı təmir olunmuş təhsil, səhiyyə, mədəniyyət ocaqları, sosial obyektlər, mədəniyyət və sitirahət parkları, yeni yaradılmış istehsal və sənaye müəssisələrinin hamısı dövlətimizin Ağstafaya və ağstafalılara olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Sakinlər bu cür səyyar görüşlərdən məmnunluqlarını ifadə etdilər və görülən işlərə görə dərin minnətdarlıqlarını bildirdilər.