Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa-Köçəsgər avtomobil yoluna asfalt örtüyü qoyulur

31 mart 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq   sərəncamı ilə Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 13 km olan Ağstafa – Köçəsgər və həmin kəndləri Qırılı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 km olan Eynallı - Qırılı yolu yenidən qurulur. 2017-ci ilin cari ayında başlanmış  Ağstafa-Köçəsgər avtomobil yoluna yeni asfalt örtüyünün salınması məqsədi ilə aparılan hazırlıq işləri tamamilə başa çatdırılmış, hazırda asfalt  örtüyünün salınmasına başlanılmışdır. Müvafiq olaraq layihəyə daxil edilmiş Eynallı-Qırılı avtomobil yoluna asfalt örtüyünün qoyulması istiqamətində hazırlıq işləri davam etdirilir.
Məlum olduğu kimi aprel ayından da növbəti kəndlərin,  Qaçaq Kərəm Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə əlaqələndirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan  avtomobil yolunun yenidən tikintisinə başlanacaqdır.

Keçidlər