Şriftin ölçüsü :

Saytın rəngi :

“N” saylı hərbi hissənin yaranması günü qeyd olundu

01 aprel 2017 | 11:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ağstafa rayon ərazisində yerləşən “N” saylı hərbi hissəsinin yaranması günü münasibəti ilə təntənəli tədbir keçirildi. Tədbirdə hərbi hissənin şəxsi heyəti, Ağstafa rayon İcra hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Ardınca vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra hərbi hissənin komandiri polkovnik İ.İbrahimov bu münasibətlə hərbi hissənin şəxsi heyətini təbrik etdi və ölkə rəhbərliyinin hərbiçilərə göstərdiyi yüksək diqqət və qayğıdan, bu sahədə əldə olunan böyük uğurlarımızdan geniş bəhs edərək sözü Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə verdi. Öz çıxışında İcra başçısı əsgərləri, çavuşları, və zabitləri bu xoş gün münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Qeyd olundu ki, ordumuz  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin istənilən an verəcəyi əmrlə bütün işğal altında olan torpaqlarımızı mənfur düşmənimizdən azad etmək gücündədir.  Ordumuz bunu ötən ilki aprel döyüşlərində göstərdiyi əvəzsiz qəhrəmanlığı ilə bir daha sübut etdi.
Çıxışların ardınca  şəxsi heyətin mükafatlandırma mərasimi təşkil olundu. Xidmətdə fərqlənən, yüksək  nizam və intizamlılıqla seçilən  hərbiçilər ”Fəxri Fərman”lar və qiymətli hədiyyələrlə təltif olundular,  bir sıra əsgərlərə çavuş rütbələri verildi. 
Daha sonra hərbi hissənin şəxsi heyəti fəxri tribuna önündən təntənəli marşla nümunəvi yürüş etdi.
Hərbi hissənin yaranması günündə orada yaradılan şəraitlə yaxından tanış olundu. Tədbir rayonun mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.

 

Keçidlər