Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bölgə vətəndaşlarını qəbul edəcəkdir
03 aprel 2017 | 11:00
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, 7 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Gədəbəy şəhərində Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Tovuz və Gədəbəy rayonlarının sakinlərini qəbul edəcəkdir. Qəbul saat 14:00-da Aşıq musiqili məktəbində keçiriləcəkdir