Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunda 2012 -ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.

20 fevral 2013 | 11:00

20 fevral 2012-ci il tarixində Ağstafa rayonu Heydər Əliyev Mərkəzində "Ağstafa rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr  barədə" Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şura iclası geniş keçirilmişdir.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrsiyasının məsul işçisi Habil Əzənmədov, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Nizami Cəfərov və İlyas İsmayılov iştirak etmişdir.
Tədbirdən öncə rayon rəhbərliyi, iclas  iştirakçıları və rəsmi qonaqlar Ümümmilli lider Həydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə  gül dəstələri qoydular.
İclasda 400 nəfər rayon ictimaiyyətinin, həmçinin KİV nümayəndələri iştirak etdilər. Tədbir 2012-ci ildə Ağstafa rayonunda görülən işlərə həsr edilmiş filmin nümayişi ilə başlandı.
İclasda  Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev "Ağstafa rayonunun 2012-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr  barədə"  məruzə ilə  çıxış etdi.  Məruzədə 2012-ci ildə Ağstafa rayonunda görülən işlər  və əldə olunan uğurlar qeyd edilməklə yanaşı  rayonun  sosial-iqtisadi həyatı geniş təhlil olundu, yol verilən nöqsan və qüsurlara tənqidi yanaşıldı.
Ağstafa rayon Təhsil şöbəsinin müdri Fərhad Vəliyev, Qaz İstismar Sahəsinin rəisi Elxan Məmmədov, “Ağstafasüd” ASC-nin İdarə Heyətinin sədri Sübut Əsədov,  Rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və digərləri çıxış edərək rəhbərlik etdikləri müəssisələrin 2012-ci ildəki fəaliyyətlərindən danışdılar.
İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov,  Milli Məclisin üzvləri Nizami Cəfərov və İlyas İsmayılov çıxış etdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.
Tədbirdə rayonun ictimai, sosial-iqtisadi həyatında fəallıq göstərən və fərqlənən şəxslər Ağstafa rayonu İcra hakimiyyəti  tərəfindən fəxri fərmanlarla təltif olundular.

Keçidlər