Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair tədbir keçirildi.

05 aprel 2017 | 11:00

Ağstafa rayon Təhsil Şöbəsinin  akt zalında “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”  mövzusunda tədbir keçirildi. Tədbirdə, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, rayon İcra hakimiyyətinin məsul işçiləri, eləcə də rayon Təhsil şöbəsinin əməkdaşları iştirak edirdi.
Tədbirdə çıxış edən natiqlər ölkəmizdə narkomaniya və radikal dini cərayanlara qarşı mübarizənin güçləndirilməsi sahəsində keçirilmiş tədbirlər barədə ətraflı məlumat verdilər.  Qeyd olundu ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasını qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün şəhər-rayonlarda etimad telefonlarının səmərəli istifadəsi üçün daha geniş təbliğatın aparılması və müvafiq qurumlar tərəfindən narkomanlığın qarşısının alınması ilə bağlı diqqətin artırılması, həmçinin narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi vacibdir. Psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında ictimai maarifləndirmə işinin genişləndirilməsi, təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyani barədə təbliğat aparılması, eyni zamanda şagird və tələbələrin dünya görüşünün formalaşdırılması məqsədi ilə narkotik vasitələrin, prixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kütləvi idman yarışlarının keçirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi. 
Təlim-məşğələ işgüzar şəraitdə keçdi.

Keçidlər