Rayonun yaşayış məntəqələrində səyyar görüşlər davam etdirilir
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayon İcra hakimiyyətinin başçısı Ağstafa şəhərində, rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirir. Növbəti belə görüş Həsənsu kəndində təşkil olundu. Tədbirdə həmçinin Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev də iştirak edirdi. Əvvəlcə rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, eləcə də ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafada həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələrdən, əhalinin məşğulluğun maksimum təmin olunması məqsədi ilə yaradılmış yeni iş yerlərindən, abadlıq, quruculuq, yenidənqurma işlərindən geniş söz açdı. Qeyd olundu ki, ötən ildə Həsənsu kəndinin küçələri xırlanmışdır, bu il isə kəndi rayon mərkəzi ilə əlaqələndirən yenidən qurulan Ağstafa-Köçəsgər yoluna artıq asfalt örtüyünün qoyulması işləri sürətlə davam etdirilir. Eyni zamanda əhalinin elektrik enerjisi, təbii qaz, içməli və suvarma su təminatı daim diqqətdə saxlanmaqla günü-gündən yaxşılaşdırılmaqdadır. Sonra sakinlərin təklif və müraciətləri qəbul olundu. Həmçinin tədbirdə çıxış edən kənd ictimaiyyətinin nümayəndələri Ziyadxan Səmədov və Nazim Eminov kənd sakinləri adından onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.