Talassemiyalı uşaqlara yardım məqsədi ilə qan vermə aksiyası keçirildi.
06 aprel 2017 | 11:00
06 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankı tərəfindən Ağstafa rayon Mərkəzi Xəstəxanasında talassemiyalı uşaqlara yardım məqsədilə qan götürülmə aksiyası keçirilmişdir. Tədbirdə yüzə yaxın rayon sakini könüllü olaraq aksiyada iştirak etmişdir. Sakinlər bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirmiş və hər kəsə belə aksiyalarda iştirak etməyi tövsiyə etmişlər.