“İntellektual oyunlar” bilik yarışmasına start verilmişdir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində rayonunun ümumtəhsil məktəbləri arasında “İntellektual oyunlar” bilik yarışmasına start verilmişdir. Bilik yarışmasının əsas məqsədi Ulu Öndərin zəngin və çoxşaxəli irsini öyrənmək, təbliğ etmək, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərinin nümayiş etdirilmələrinə şərait yaratmaq, daha intellektli şagirdləri üzə çıxarmaq, yeniyetmə və gəncləri intellektual yarışlara həvəsləndirmək və vətənpərvərlik hissini gücləndirməkdir. Yarışın birinci mərhələsində 4 qrupa bölünmüş 16 məktəbin komandası iştirak etmişdir. Hər qrupdan 1-ci yeri tutmuş komandalar Ağstafa şəhər 2 saylı, Aşağı Göycəli kənd, Yenigün kənd tam orta məktəbləri və Texniki Humanitar Təmayüllü Liseyin komandaları növbəti mərhələyə vəsiqə qazanmışdırlar.