Ağstafanın 400 hektar ərazisində şəkər çuğunduru becərilir
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Nəticədə digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaranmışdır. Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yer tutur. Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır.
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq ötən il Ağstafa rayonunda ənənəvi məşğuliyyət sahəsi olan baramaçılıq bərpa olunmuşdur. Rayonun 16 yaşayış məntəqəsində barama istehsalı üçün münasib binalar ayrılmış, həmin binalarda aqrotexniki şərtlərə uyğun şərait yaradılmışdır. Bu ildən başlayaraq isə rayonun Ceyrançöl ərazisi, Eynallı, Köçəsgər, Qırılı, Göycəli, Pirili və Zəlimxan kəndləri daxil olmaqla 400 hektar ərazidə şəkər çuğundurunun becərilməsinə başlanılmışdır. Yüksək və dаyаnıqlı məhsul əldə еtmək üçün, еlmin və müasir dövrün qаbаqcıl təcrübəsindən istifadə olunur. İşə Ağstafa Aqroservis, Aqrolizinq və İmişli şəkər zavodunun kənd təsərrüfatı texnikaları cəlb olunub. Torpaqları becərilən kəndlilərlə rəsmi müqavilələr bağlanmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Ağstafada aqrar sahədə həyata keçirilən mühüm tədbirlər nəticəsində həm bu sahənin inkişaf dinamıkası artmış, həm də rayon əhalisinin məşğulluğunun təminatında böyük rola sahib olmuşdur.