Ağstafa şəhərinin Cəfər Cabbarlı küçəsində yenidənqurma işlərinə başlanmışdır
Ağstafa rayonunun sosial-iqtisadi inkişaf Proqramına (2014-2018-ci illər) uyğun olaraq rayonda aparılan abadlıq-quruculuq, həyata keçirilən sosial infrastruktur layihələr çərçivəsində Ağstafa şəhər küçələrinin yenidən qurulması, eləcədə də çoxmənzilli yaşayış binalarının əsaslı təmiri və kommunal şəraitlərinin yaxşılaşdırılması yönündə işlər uğurla davam etdirilir.
Belə ki, şəhərin Cəfər Cabbarlı küçəsində də yenidənqurma və həmin küçədə yerləşən 36, 38 saylı çoxmənzilli yaşayış binaları təmir olunmuş, 17, 19 saylı iki mərtəbəli çoxmənzilli yaşayış binalarının təmiri işləri isə davam etdirilir. Küçəyə bardurlar qoyulur, piyadaların rahat hərəkət etmələri üçün səkilərin döşəməsinə brusçatka tipli daş düzülür, rabitə-kommunikasiya xətləri yenilənir, müasir tipli işıq dirəkləri quraşdırılır, yeni asfalt örtüyünün qoyulması üçün hazırlıq işləri aparılır. Çoxmənzilli yaşayış binalarının dam örtükləri, qapı və pəncərələri dəyişdirilir, blok girişləri və pilləkən qəfəsələri təmir olunur, həmçinin binalar ətrafında sakinlərin asudə vaxtlarında rahat dincəlmələri üçün müvafiq qüşələr düzəldilir. İşlərin yaxın zamanda yekunlaşdırılması nəzərdə tutulur.
Paralel olaraq İ.Rəhimov, A.Ələsgər, M.Mustafayev, Q.Kərəm, H.Aslanov və Nizami küçələrinin də abadlıq-quruculuq işlərinin başladılması üçün hazırlıq işləri aparılır.