Şriftin ölçüsü :

Saytın rəngi :

Göycəli kəndində növbəti səyyar qəbul-görüş

21 fevral 2013 | 11:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Göycəli kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şəmsi Abbasov Göycəli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.


Sonra çıxışlar oldu.
1. Əli İbrahimov yeni körpələr evi uşaq baxçasının inşa edilməsini təklif etdiı.
2. İmamqulu Həsənov Göycəli kəndində “Bəyazatlı” məhəlləsində  içməli su təminatının yaxşılaşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
3. Brilyant Aşurova Göycəli kənd tam orta məktəbində tikinti işlərinin sürətləndirilməsi barədə danışdı.
4. Yasin Əhmədov iş yerlərinin açılmasının vacibliyindən danışdı.
5. Əsəd Əliyev “Dondar” məhəlləsinə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
6. Xudaverdi Musayev Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Mikayıl Əliyev kəndin ərazisində olan hər iki istirahət parklarının abadlaşdırılmasını təklif etdi.
8. Qotaz Eyyubova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Əbülfət Hüseynov Əriklik adlanan ərazidə suvarma ana arxının lildən təmizlənməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Kamran Məmmədov yeni məhəllədə yolların təmir edilməsini xahiş etdi.
11. Eldəniz Hüseynov kəndin ərazisində mağistral yolun kənarında səliqə-səhmanın yaradılması barədə danışdı.


Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Göycəli kəndində yeni inşa edilən 360 şagird yerlik tam orta məktəb cari ilin sentyabr ayında istifadəyə veriləcəkdir.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər