Şriftin ölçüsü :

Saytın rəngi :

Yenidən qurulan Ağstafa-Köçəsgər avtomobil yolunda işlər uğurla davam etdirilir

12 aprel 2017 | 11:00

“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir”. Ulu öndərimiz Heydər Əliyevin bu kəlamını təkrarladıqca onun ölkəmizin yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqini tapır. Ümummilli Liderimizin inkişaf strategiyasını  uğurlu şəkildə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev  dövlət başçısı seçildikdən sonra bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter alıb. İmzalanan müvafiq sərəncamlarla paytaxtımızla yanaşı ölkənin regionlarında da yol infrastrukturunun vəziyyəti kökündən dəyişib. Ölkə başçısı  aparılan işlərə xüsusi əhəmiyyət verərək mütəmadi olaraq həyata keçirilən  işlərin gedişatı ilə maraqlanıb, yeni yolların açılış mərasimlərində şəxsən iştirak edib.
  Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağstafanın inkişafı ilə bağlı  imzaladığı növbəti sərəncama əsasən  Vurğun, Həsənsu, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən, uzunluğu 13 km olan Ağstafa – Köçəsgər və həmin kəndləri Qırılı kəndi ilə əlaqələndirən uzunluğu 2,5 km olan Eynallı - Qırılı yolu yenidən qurulur. Hazırda  Ağstafa-Köçəsgər avtomobil yoluna yeni asfalt örtüyünün salınması işləri sürətlə davam etdirilir. Müvafiq olaraq layihəyə daxil edilmiş Eynallı-Qırılı avtomobil yoluna asfalt örtüyünün qoyulması istiqamətində zəruri tədbirlər görülür.
Eyni zamanda çox yaxın zamanda  Qaçaq Kərəm Xətai, Aşağı Kəsəmən, Zəlimxan kəndlərini Ağstafa şəhəri və Poylu kəndi ilə əlaqələndirən Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan  avtomobil yolunun yenidən tikintisinə başlanacaqdır.

Keçidlər