Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada pnevmatik atıcılıq üzrə zona mərhələsi keçirilmişdir.

16 aprel 2017 | 11:00

Ağstafa rayon Gənclər Mərkəzinin pnevmatik və interaktiv atıcılıq zalında pnevmatik silahlardan güllə atıcılığı üzrə Respublika çempionatının qərb bölgəsi üzrə zona mərhələsi keçirilmişdir. Zona mərhələsində 15 rayonun Ağstafa, Gəncə, Qazax, Şəmkir, Tovuz, Tərtər, Goranboy, Naftalan, Göygöl, Kəlbəcər, Gədəbəy, Mingəçevir, Samux, Daşkəsən, Xocalı rayonlarının komandaları iştirak etmişdir. Maraqlı və  gərgin idman mübarizəsi şəraitində keçən yarışda Ağstafa rayon komandası 188 xalla  I-yeri, Tovuz rayon komandası 137 xalla II-yeri,  Goranboy və Samux rayon komandaları isə hərəyə 129 xalla III-yeri tutmuşlar.
Zona mərhələsində I və II-yerləri tutmuş Ağstafa və Tovuz rayon komandaları çempionatın Qəbələ rayonunda keçiriləcək yarımfinal mərhələsində iştirak etmək üçün vəsiqə qazanmışdırlar.

Keçidlər