Ağstafanın abadlığı və təmizliyi diqqət mərkəzində saxlanılır
Ağstafa rayonunda mütəmadi olaraq genişmiqyaslı abadlıq, təmizlik işləri həyata keçirilir. Bu məqsədlə hər həftənin şənbə günləri ümumrayon iməclikləri təşkil olunur. Bu şənbə keçirilən iməclikdə yaz fəslinin olması ilə əlaqədar küçə və avtomobil yolları boyu ağaclar budanmış, dibləri şumlanmış, yaşıllıq sahələrinə xüsusi qulluq göstərilmişdir. Eyni zamanda kəndarası yollar və suvarma arxları məişət tullantılarından təmizlənmiş, Bakı-Qazax avtomobil magistralının və dəmir yolu xəttinin Ağstafa rayon ərazisindən keçən hissələri boyunca səliqə - səhman işləri görülmüşdür.
İməclik günü Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonun məsul işçiləri ilə birlikdə işlərə yerində nəzər salaraq öz tövsiyə və tapşırıqlarını vermişdir.