Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Çernobıl faciəsinin 31-ci ildönümü qeyd olundu

26 aprel 2017 | 11:00

20-ci əsrin ən dəhşətli texnogen  qəzalarından olan,  26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş güclü nüvə partlayışından 31 il ötür. Bu gün rayon Gənclər Mərkəzində Çernobıl faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Çernoblda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayonu İcra hakimiyyəti başçısının 1-ci müavini Ramiz Tatarov xatırlatdı ki, 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. Bu yanğın sonradan geniş şüalanmaya səbəb olub. Baş verən qəzada 5 milyona yaxın insana xəsarət dəyib. Faciənin aradan qaldırılmasına ümumilikdə 600 min nəfər cəlb edilmişdir ki, bunun da  7 mini isə Azərbaycanın payına düşmüşdür.  Bildirildi ki, Bildirildi ki, Çernobıl əlillərinə göstərilən diqqət və qayğı məhz  ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlayıb. Məs bundan sonra Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  tapşırıqlarına əsasən  Çernobıl əlillərinin həyat şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, iş yerləri ilə təmin olunması sahəsində zəruri addımlar atılmış və bu gün də  onlara göstərilən  yüksək qayğı daim diqqətdə saxlanılır.

Keçidlər