Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada xalça toxuculuğu müəssisəsinin tikintisi sürətlə davam edir

27 aprel 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Ağstafa rayonunda ənənəvi istehsal və emal sahələrinin bərpası istiqamətində işlər uğurla davam etdirilir. Belə ki, Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialının təsis edilməsi qərara alınmışdır. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.38 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və  sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işlərində hazırda dəmir-beton  işləri aparılır. Burada 465,60 kv. metr sahə  toxuculuq zalı üçün nəzərdə tutulub. Toxuculuq müəssisəsini ixtisaslı işçilərlə təmin etmək məqsədi ilə Heydər Əliyev Mərkəzində xalçaçılıq dərnəyi yaradılmışdır. Müəssisə fəaliyyətə başladıqdan sonra burada 120 nəfər daimi işlə təmin olunacaqdır.

Keçidlər