Şriftin ölçüsü :

Saytın rəngi :

EKO Keramit zavodunda son tamamlama işləri aparılır

28 aprel 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafada yaradılmış,  özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L”  EKO sənaye parkı  fəaliyyət sahəsini genişləndirməkdədir. Belə ki, sənaye parkında 12 müəssisə fəaliyyət göstərir. Eyni zamanda layihəyə uyğun olaraq  500 kv. metr istehsal gücünə malik EKO Keramit zavodunun və sutkada 2000 ədəd şüşə qablar istehsal edəcək müəssisəsinin  tikintisi işləri sürətlə davam etdirilir.   Keramit  zavodu ərazisi 6,10 hektar sahəni  əhatə edir. Zavod sutkada 20 min keramit və 20 min kərpic istehsal gücünə malik olacaqdır və yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.  Hazırda inşaat işlərində son tamamlama işləri həyata keçirilir.

Keçidlər