"Xocalı soyqırımı ümumbəşəri faciədir" mövzusunda tədbir keçirilmişdir
24 fevral 2013 | 11:00
Rayonun yeniyetmə və gənclərinin iştirakı ilə Xocalı soyqrımının 21-ci ildönümü ilə əlaqədar Ağstafa rayon Gənclər Mərkəzində "Xocalı soyqırımı ümumbəşəri faciədir" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə soyqırım qurbanlarının xatirəsi anılmışdır. Çıxış edən gənclər tarix boyu ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımlardan danışmış və bütün bəşəriyyətə bu vəhşilikləri sübut etmək üçün səfərbər olmalı olduğumuzu bildirmişlər. Tədbir iştirakçılar yekunda Xocalı faciəsini özündə əks etdirən tarixi xronoloji video filmə baxdılar.