Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun qadın bələdiyyə üzvləri üçün seminar keçirildi

02 may 2017 | 11:00

Ağstafa rayonu Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və liderlik bacarıqlarının artırılmasına dair təlim keçirildi. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının Yerli Özünüİdarəetmə Proqramı tərəfindən 2012-cil ildən yerli idarəetmədə təmsil olunan qadınlar üçün DAYAQ layihəsi həyata keçirilir, layihənin əsas məqsədi qadınların yerli ictimai həyatda iştirakının gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etməkdir. Qadınların bələdiyyə idarəetməsində rolunun gücləndirilməsi istiqamətində aparılan təlimlərdən biridə Səmərəli ünsiyyət mövzusundadır.  Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Aytəkin Hacıyeva, Qadınlar Arasında Həmrəylik İctimai Birliyinin sədri Ruhəngiz Hüseynova geniş məruzələrlə çıxış etmişlər. Çıxışlarda natiqlər qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və eləcə də yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin edilməsinə xüsusi ilə toxunublar. Tədbirdə iştiakçılarına “Səmərəli ünsiyyət” adlı metodiki vəsait paylanılmışdı.

Keçidlər