Ümumilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə bağlı rayon Təhsil şöbəsində tədbir keçirildi
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Ağstafa rayon Təhsil şöbəsinin iclas zalında tədbir keçirildi. Tədbirdə rayon Təhsil şöbəsinin məsul işçiləri, rayonun orta ümumtəhsil mətkəblərinin direktorları və qabaqcıl müəllimləri iştirak edirdilər. Tədbirdə Ulu Öndərin həyat və fəaliyyəti, zəngin irsi barədə geniş bəhs olundu. Qeyd olundu ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının elmi və intellektual potensialının gücləndirilməsinə həmişə böyük qayğı ilə yanaşırdı. Xalqımızın dahi oğlu Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində milli ideyalar və milli vəzifələr müəyyənləşib, milli-mənəvi dəyərlərimizin, tarixi keçmişimizin təhrif olunmasının qarşısı alınmış saxtalaşdırılmasının, adət-ənənələrimizə biganəliyin səbəblərindən törənən faciələrimizin kökləri və s. açılmış, bu istiqamətdə müvafiq tədbirlər görülmüşdür.
Ulu öndərin böyük əməyi, zəhməti nəticəsində bu gün milli mənəviyyatımız dirçəlib, milli özünüdərketmə formalaşıb, gənclərimizdə vətənpərvərlik hissi daha da yüksəlmişdir.
Nəhayət, Heydər Əliyevin məqsədyönlü, uzaqgörən siyasəti nəticəsində xalq öz tarixi keçmişinin mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Bu, danılmaz bir həqiqətdir. Bunları şagirdlərə çatdırmaq da hər bir müəllimin ən mühüm vəzifələrindən biridir.