Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 9 May – Qələbə Günü qeyd olundu

09 may 2017 | 11:00

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü Ağstafa rayonunda qeyd olundu. Böyük Qələbə gününün növbəti ildönümü rayonun Eynallı kənd sakini, İkinci Dünya müharibəsi  iştirakçısı Hüseynov Əli Hümbət oğlunun evində təşkil olundu. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, müavinləri, İkinci Dünya müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Çay süfrəsi ətrafında keçən görüşü giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı açaraq  bu şanlı Qələbə münasibəti ilə veteranları təbrik etdi, müharibə illərində Azərbaycan əsgərlərinin göstərdikləri igidlik barədə geniş söz açdı. Qeyd olundu ki, ulu öndərimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Tədbirdə iştirak edən İkinci Dünya müharibəsinin iştirakçıları bu gündə onların bütün qayğılarına həssaslıqla yanaşan  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Sonda veteranlarla xatirə şəkli çəkdirildi.

Keçidlər