Şriftin ölçüsü :

Saytın rəngi :

"Cəsurlar" hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilmişdir.

26 fevral 2013 | 11:00

25 fevral 2013-cü il tarixdə  Ağstafa rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ağstafa şəhər 2 saylı tam orta məktəbində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsinə xidmət edən  "Cəsurlar" hərbi idman və turizm oyunlarının rayon birinciliyi keçirilmişdir.
Birincilikdə Ağstafa rayonu üzrə 36 tam orta məktəbin komandası iştirak edirdi. Yekunda 1-ci yeri Həsənsu, 2-ci yeri Qaçaq Kərəm və 3-cü yeri Sadıqlı kənd tam orta məktəblərinin komandaları tutdular. Yer tutmuş komandalara müxtəlif həvəsləndirici hədiyyələr təqdim olundu.  Birinciliyin qalibi 06 mart 2013-cü il tarixdə Mingəçevir şəhərində keçiriləcək  zona yarışında rayonumuz təmsil edəcəkdir.

Keçidlər