Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə Ağstafada ağacəkmə aksiyası keçirildi

10 may 2017 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü münasibəti ilə Ağstafa rayonu ərazisində ağacəkmə aksiyası keçirildi. Aksiyada Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Aksiya çərçivəsində rayonun müvafiq ərazilərində ümumilikdə 2000-ə dək şam, çinar, qovaq, göyrüş ağacları əkildi.

Keçidlər