Şriftin ölçüsü :

Saytın rəngi :

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ QEYD OLUNDU

10 may 2017 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü il dönümü Ağstafa rayonunda böyük izdihamla qeyd olundu. Tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ərazisində yerləşən hərbi hissələrin zabit və əsgərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə Ulu Öndərin  abidəsi önünə gül dəstələri düzüb dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində quraşdırılmış iri ölçülü ekranda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa edərək mərkəzi ziyarət etdilər.

Keçidlər