Əsaslı yenidən qurulan Ağstafa şəhər 3 saylı tam orta məktəbində işlər sürətlə davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sisteminin də maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər həyata keçirilir. Bu sahədə islahatların sürətlə həyata keçirilməsi təmin olunmuş, ölkənin təhsil sistemi əsaslı şəkildə yenidən qurulmağa başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 oktyabr 2016-cı il tarixli “Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq məktəb bnasının əsaslı yenidənqurulması işləri sürətlə davam etdirilir.
Ağstafa şəhər 1320 şagird yerlik məktəb
binasının hər iki korpusunun köhnə dam örtüyü sökülərək müasir tələblərə uyğun qurulmuş, binada uyğunsuz arakəsmələr ləğv olunmuş, döşəmələr, qapı və pəncərələr tamami ilə dəyişdirilmişdir. Məktəb binasının kommunikasiya sistemi də layihəyə uyğun qaydada yenilənir. Belə ki, elektrik, rabitə sistemi müasir tələblərə uyğun yenilənmiş, həmçinin binanın müvafiq yerlərində 20 dən çox təhlükəsizlik kameraları quraşdırılacaqdır. Akt və idman zalı müasir tələblərə uyğun formada yenidən qurulur. Sinif otaqlarında işlər tamamlanmaq üzrədir. Məktəb binasını əhatə edən sədlər dekorativ hasrlarla əvəz olunacaq. Açıq havada yerləşən idman meydançası və qurğuları da yenidən qurulacaq. Ətrafda abadlıq işləri görüləcək. Həmçinin məktəbə gedən əsas avtomobil yolu da yenidən salınacaqdır.
Məktəbin yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulur.