Rayon İcra hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi
Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında şuranın növbəti geniş tərkibli iclası keçirildi. Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Şura iclası rayon İcra hakimiyyəti başçısının akt zalında keçirilirdi.
Tədbiri giriş sözü ilə açan cənab Məhərrəm Quliyev ilk öncə şuranın müazkirəsinə çıxarılan məsələlər barədə ətraflı məlumat verdi.
Şurada müzakirəyə çaxarılmış məsələlərə dair İcra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərancamlarının, Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərancamlarından irəli gələn vəzifələr və onların icra vəziyyəti, İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova Heydər Əliyev Mərkəzinin irsinin öyrənilməsi, gənclərin dünyagörüşünün genişləndirilməsi və hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində əsas ideoloji mərkəz kimi işin təşkili və tədqiqatçı qrupların işlərinin gücləndirilməsi barədə geniş məruzələrlə çıxış etdilər.
Məsələlər ətrafında geniş müzakirələr aparıldı, İcra başçısı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verdi. Şura iclası işgüzar şəraitdə keçdi.