Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonunun 500 hektar ərazisində şəkər çuğunduru becərilir

25 may 2017 | 11:00

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət  Azərbaycan Respublikasının  Prezidenti  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizin neft gəlirlərindən səmərəli istifadə edilməsi iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına səbəb olmuşdur. Nəticədə digər sahələr kimi aqrar bölmənin də inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaranmışdır. Aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramlarında aparıcı yer tutur. Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində,  xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır.
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun Ceyrançöl ərazisi, Eynallı, Köçəsgər, Qırılı, Göycəli, Pirili və Zəlimxan kəndləri daxil olmaqla 500 hektar ərazidə şəkər çuğunduru becərilir. Yüksək və dаyаnıqlı məhsul əldə еtmək üçün, еlmin və müasir dövrün qаbаqcıl təcrübəsindən istifadə olunur. Əkin işlərin həmçinin  “Ağstafa Aqroservis”, Aqrolizinq və İmişli şəkər zavodunun kənd təsərrüfatı texnikaları cəlb olunub. Torpaqları becərilən kəndlilərlə rəsmi müqavilələr bağlanmışdır. Növbəti illərdə rayonda əkiləcək şəkər çuğundurunun əkin sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Ağstafada aqrar sahədə həyata keçirilən mühüm tədbirlər nəticəsində rayon əhalisinin məşğulluğunun təminatında böyük artım olmuşdur.

Keçidlər