Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 21-ci ildönümünə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir

27 fevral 2013 | 11:00

26 fevral 2013-cü il tarixdə Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 21-ci il dönümünə həsr olunmuş elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq ermənilərin Xocalıda törətdikləri soyqırımdan, eləcədə tarix boyu xalqımıza qarşı həyata keçirilən vəhşiliklərdən, vandalizmlərdən danışdı. Cənab Məhərrəm Quliyev Xocalı faicəsinin dünyada soyqırım kimi tanınması ilə əlaqədar aparılan “Xocalıya ədalət” kompaniyasının əhəmiyyətindən və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müdafiə qüdrətinin artırılması istiqamətində görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımından bəhs edən tarixi-xronoloji filmi izlədilər.

Tədbirdə çıxış edən əməkdar müəllim İndira Səmədova, rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimov, rayon Ağsaqqallar şurasının sədri Firdovsi Heydərli və Ağstafa rayon Heydər Əliyev Muzey-Mərkəzinin işçisi Vəfadar İsmayılov Xocalı faciəsindən geniş danışdılar.

Keçidlər