Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonun Doğum şöbəsinin inzibati binası əsaslı yenidən qurulur

27 may 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqları ilə Ağstafa rayonunda reallaşdırılan  irimiqyaslı  sosial infrastruktur layihələr, həya keçirilən abadlıq-quruculuq, əsaslı yenidənqurma işləri son illər daha da geniş vüsət almışdır. Belə ki, rayonda yeni sənaye, istehsal və xidmət  müəssisələri, mədəniyyət, təhsil ocaqları, istirahət parkları, kommunal şəraiti olmayan ailələr  üçün yeni yaşayış kompleksləri, respublika və rayon əhəmiyyətli avtomobil yolları, şəhər küçələri inşa olunur və ya əsaslı yenidən qurulur. Eləcə də rayonun səhiyyə sahəsinə də diqqət günü-gündən artırılmaqdadır.  Hazırda Ağstafa rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin inzibati binasında əsaslı yenidənqurma işləri sürətlə davam edir. Binada əməliyyat bloku, iki doğuş zalları, intensiv terapiya palatası, doğuşdan sonrakı uşaq palatası, sterilizasiyaotağı, xəstə qəbulu otaqları, həkim otaqları, çamaşırxana və texniki otaqlar müasir səhiyyə standartları səviyyəsində tamami ilə yenidən qurulur. Bina həmçinin ən müasir tələblərə cavab verən səhiyyə avadanlıqları və texnologiyaları ilə təchiz olunacaqdır.

Keçidlər