Ağstafada ənənəvi sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri ciddi nəzarətdə saxlanılır. Ağstafa rayonu üçün də ənənəvi sahə hesab edilən baramaçılığın bərpası tədbirləri uğurla icra olunur. Bekə ki, ipək qurdlarının yetişdirilməsi üçün zəruri aqrotexniki şərtlərlə təchiz olunmuş məntəqələr ayrılmışdır. Cari ilin may ayının əvvəlində 70 qutu, 1330 qram barama toxumu gətirilərək iyirmiyə yaxın kümçüyə paylanılmışdır. Bu isə ötən illə müqayisədə Ağstafada barama istehsalının iki dəfə artırılması deməkdir. Hazırda ipəkqurdular məhsul istehsalının sonuncu mərhələsindədirlər və barama sarımağa başlayıblar.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müavinləri və müvafiq təşkilat rəhbərləri ilə birlikdə mütəmadi olaraq barama istehsalı ilə məşğul olan məntəqələrə baxış keçirir, ipəkqurdu saxlayan kümçülərlə görüşür, onlarla söhbətlər aparır, onları narahat edən məsələlərlə maraqlanır. Bu il Ağstafada 3,5 ton barama istehsalı nəzərdə tutulmuşdur.