Şriftin ölçüsü :

Saytın rəngi :

Əsaslı yenidən qurulan Ağstafa-Köçəsgər avtomobil yolunda işlər sürətlə davam edir

01 iyun 2017 | 11:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və kompleks tədbirlərin həyata keçirilməsi dinamik xarakter almışdır. O cümlədən son illər Ağstafa rayonunun da yol infarstrukturunun əsaslı yenidən quruluması tədbirləri uğurla icra olunmaqdadır. Belə ki, hazırda əsaslı şəkildə yenidən qurulan  Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər  avtomobil yolunda əsaslı yenidənqurma işləri sürətlə davam edir. 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yoluna asfalt-beton örtüyünün ilk qatı salınıb və hazırda ikinci qat asfalt örtüyünün qoyulması işləri davam etdirilir. Ümumilikdə yola döşənən asfalt - beton örtüyünün qalınlığı 12 sm təşkil edir.  2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2.5 m enində çiyinlər də daxildir.
Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46500 m uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkiləcək.

Keçidlər