Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu

01 iyun 2017 | 11:00

Bu gün  “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”  Ağstafa şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş bayram tədbiri ilə qeyd olundu. Rayon Gənclər Mərkəzinin önündə təşkil olunan tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin məsul işçiləri, məktəbəqədər təhsil müəssisələrinin kollektivləri, ibtidai sinif şagirdləri, müəllimlər və valideynlər iştirak edirdi.  Tədbiri giriş sözü ilə  rayon İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq uşaqları bu gün münasibəti ilə təbrik etdi. Qeyd olundu ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən uşaqların beynəlxalq müdafiəsi gününün qeyd olunması qərara alınmışdır. Bundan sonra iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bu gün xüsusi ilə qeyd olunur.  Ölkəmizdə uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi çox saylı layihələr və proqramlar bunun bariz nümunəsidir.  Azərbaycanın birinci xanımı  Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır. Azərbaycan uşaqlarına göstərilən yüksək diqqət və qayğı bu gün də uğurla davam etdirilməkdədir. Möhtərəm Prezidentimiz İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
              Bayram konsertində uşaqların ifasında şerlər səsləndirildi, nəğmələr oxundu, müxtəlif mövzularda  bədii kompazisiyalar  nümyiş etdirildi.  Coğrafiyamızı, tarixi və müasir abidələrimizi özündə tərənnüm edən “Azərbaycan” parkına ekskursiya təşkil olundu. Uşaqlar ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksi önündə xatirə şəkilləri çəkdirdilər.

Keçidlər